"Toylar musiqini primitivləşdirir, sadələşdirir, əyləncə musiqisinə çevirir".
Asayis.Az xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov Rəham Bağırovun "O, yoxsa bu?" yutub layihəsində deyib. Xanəndə toyların musiqini bayağılaşdırdığını bildirib:
"Düşüncə musiqisi yavaş-yavaş sıradan çıxır. Musiqiçilər özünə əziyyət verib düşündürən mahnılar oxumaq istəmirlər. Niyə versin? Bazarda nə gedirsə, musiqiçilər, sənətkarlar, pul qazananlar, istedadlılar - hər kəs repertuarını bazara uyğunlaşdırır. Ona görə də musiqi də toy arxasınca düşüb.
Toyda aparıcı olmalıdır. Öz toylarımın yiyəsi olmuşam. Görmüşəm rəqs uzanır, başlamışam muğam oxumağa. Oxumaqla oynamaq gülməlidir. Oxumaq odur ki, sən oxu, mən qulaq asım. Sən oxu, mən də oynayım? Musiqinin də korlanan yeri budur".