Bayden ABŞ vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb

 Bayden ABŞ vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb

ABŞ Prezidenti Cozef Bayden ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.

Asayis.Az xəbər verir ki, o bunu ciddi risklər olması ilə izah edib.

“Vətəndaşlarımızın evlərinə qayıtmasını (əsir mübadiləsi çərçivəsində - Qeyd) alqışlayarkən bir daha bütün amerikalılara İrana səfərlərin ciddi risklər ilə bağlı olduğunu xatırladıram. ABŞ pasportu olanlar oraya getməməlidir”, - Bayden deyib.

ABŞ lideri əlavə edib ki, İranda Amerika vətəndaşları oğurlanma, əsassız həbs və saxlanma ilə üzləşə bilərlər.

“Report” 

13:12 - 19 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin