Məşhur futbolçu Kriştiano Ronaldo komandasının Asiya Çempionlar Liqasında "Persepolis"lə oyunu üçün İrana yollanıb.
Asayis.Az xəbər verir ki, bununla əlaqədar portuqaliyalı ulduza ölkə rəsmiləri tərəfindən fars xalçası hədiyyə edilib.
Bu zaman ortaya rəngarəng görüntülər çıxıb.
Qeyd edək ki, Asiya Çempionlar Liqasının (AFC) qrup oyunları çərçivəsində sabah İranın “Persepolis Tehran” klubu ilə Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubları qarşılaşacaq.
Demokrat.az