Bakıda 32 yaşlı kişi döyüldü, sonra başından bıçaqlandı

 Bakıda 32 yaşlı kişi döyüldü, sonra başından bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Asayis.Az xəbər verir ki, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əsgərov Əlyar Mirzə oğlu əvvəlcə döyülüb, sonra bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş nahiyəsində kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.

Fakt araşdırılır.//Report

12:00 - 17 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin