"Müğənnidən müğənniyə fərq var. Niyə də olmasın? Heç bir maneə yoxdur. Sadəcə, bu işin çətinliyini, dərinliyini bildiyimə görə, istəyirəm ki, gəlinim evimdə olsun".
Asayis.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Tarixin bir günü" proqramında deyib. Müğənni oğlu Rəşadı evləndirməklə bağlı sualları cavablandırıb.
O bildirib ki, gəlininin işləməsini istəmir:
"İşləməsin. İsti ocağıma, evimə günlərlə, həftələrlə həsrət qalmışam. İstəmirəm gəlini evdə tapa bilməyim. İstəyirəm gəlinim evdə olsun".
K.Kərimova gələcək gəlininin bank və ya səhiyyə işçisi kimi işləməsinə etiraz etmədiyini deyib.