Natavan ayrıldığını dediyi Dadonun görüntülərini paylaşdı - VİDEO

 Natavan ayrıldığını dediyi Dadonun görüntülərini paylaşdı - VİDEO

Müğənni Natavan Həbibi ayrıldığını dediyi keçmiş həyat yoldaşı, reper Səid Əliyevin (Dado) görüntülərini paylaşıb. 

Asayis.Az xəbər verir ki, video Natavanın evində lentə alınıb. Görüntüdə Dado və Natavanın oğlu Zeyd də yer alıb. 

Sözügedən videonu reper də öz səhifəsində yerləşdirib. Natavanın paylaşımı isə müzakirələrə səbəb olub. Bir çoxları onların yenidən barışdığını iddia edib. 

Qeyd edək ki, Natavanla Dado 2017-ci ildə ailə qurub və bir neçə ay sonra ayrılıblar. İfaçılar dəfələrlə barışıb, ayrılıb. Bir müddət əvvəl isə Natavan Dadonun məhkəməyə gəlmədiyini, rəsmi boşana bilmədiklərini açıqlamışdı. Dado isə uşağını görə bilməməkdən şikayətlənmişdi. Bu günlərdə isə reper "Arada aramızda sıxıntılar oldu, sonra bir-birimizi başa düşdük. Natavanla mənim münasibətimdə üçüncü şəxslərin müdaxiləsi vardı. Sonda başa düşdük ki, evlənmək bizim kimi insanlar üçün deyil" sözlərini söyləyib.
 

Axsam.Az

23:15 - 14 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin