Masazırda üzərində zorakılıq əlamətləri olan qadın meyit tapıldı

 Masazırda üzərində zorakılıq əlamətləri olan qadın meyit tapıldı

Sentyabrın 13-də saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsində evlərin birində 1983-cü il  təvəllüdlü Rzayeva Səbinə Cavad qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Asayis.Az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş qadına qarşı cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
 

10:36 - 15 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin