Bu ölkələrə Rusiya nömrəli avtomobillərin girişi qadağan edildi

 Bu ölkələrə Rusiya nömrəli avtomobillərin girişi qadağan edildi

Sentyabrın 13-dən etibarən Estoniya, Latviya və Litvada Rusiya nömrəli avtomobillərin ölkəyə girişi qadağan edilib.

Asayis.Az 
xəbər verir ki, bu barədə qərar ilk olaraq Litva hökuməti tərəfindən qəbul edilib.

Litva xarici işlər nazirinin müavini Jovita Neliupsiene yazılı açıqlamasında qeyd edib ki, hazırda Rusiya vətəndaşları sərhədi ancaq avtobus və ya piyada keçə bilər.

Digər tərəfdən, Latviya və Estoniya mətbuatında çıxan xəbərlərdə Rusiya nömrəli nəqliyyat vasitələrinin ölkəyə girişinə qadağa qoyulduğu açıqlanıb.
 

14:24 - 14 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin