Yaşayış binasında dəhşətli yanğın - 30 nəfər öldü

 Yaşayış binasında dəhşətli yanğın - 30 nəfər öldü

Vyetnamda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında azı 30 nəfər ölüb.

Asayis.Az
 xəbər verir ki, bununla bağlı yerli mətbuat məlumat yayıb. 

Məlumata görə, hadisə ölkənin paytaxtı Hanoyda baş verib.

Yanğının baş verdiyi 9 mərtəbəli binada təxminən 150 nəfərin yaşadığı açıqlanıb.

Yanğın zamanı bəzi insanlar pəncərədən atılaraq yaralanıb.

Yanğının səbəbi hələlik məlum deyil.

13:12 - 14 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin