Türkiyədə PKK, FETÖ və İŞİD terror təşkilatlarına bağlı olmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.
Asayis.Az xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsindən məlumat verilib.
Bildirilib ki, terror təşkilatlarının maliyyə qaynaqlarını təsbit etmək üçün araşdırma başladılıb.
Bu çərçivədə keçirilən əməliyyat zamanı 4 şübhəli yaxalanıb.
Həmçinin, axtarışlar zamanı bir çox sənədlər və rəqəmsal materiallar ələ keçirilib.