“İrəvan Moskvaya qarşı qeyri-dost hərəkətlərə yol verir” - Rusiya XİN

 “İrəvan Moskvaya qarşı qeyri-dost hərəkətlərə yol verir” - Rusiya XİN

“Moskva İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək üçün atdığı addımları qeyri-dost hərəkətlər kimi qiymətləndirir”.

Asayis.Az 
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Şərq İqtisadi Forumunda keçirilən brifinqdə deyib.

O xatırladıb ki, bu yaxınlarda Ermənistan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona qeyri-dost hərəkətlərlə bağlı təqdimat verilib.

“Biz ikitərəfli kanallarla dəfələrlə bu cür addımları qeyri-dost hərəkətlər hesab etdiyimizi demişdik. Lakin hansısa mərhələdə biz bu barədə ictimai müstəvidə danışmağa başladıq. Çünki suallar getdikcə çoxalırdı”, – Zaxarova bildirib.

13:00 - 14 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin