Türkiyəli nazir - "Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə başlayacağıq"

 Türkiyəli nazir -

Türkiyə tərəfi yaxın aylarda Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə başlayacaq.

Asayis.Az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulda azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.

O, Azərbaycan tərəfinin artıq bununla bağlı işlərə davam etdiyini qeyd edib:

“Ermənistan ərazisində də Zəngəzur dəhlizi ilə bağlı müəyyən yol qət etmişik və inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan olaraq bunu qısa zamanda həyata keçirəcəyik”.

APA

12:00 - 14 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin