Ermənistan NATO-ya üzvlük üçün müraciət edib? - NATO-dan rəsmi AÇIQLAMA

 Ermənistan NATO-ya üzvlük üçün müraciət edib? - NATO-dan rəsmi AÇIQLAMA

NATO Ermənistanın alyansa üzvlüyü barədə yayılan məlumata aydınlıq gətirib.

Asayis.Az
 bildirir ki, bununla bağlı NATO-nun rəsmi nümayəndəsi açıqlama verib.

“İrəvan NATO-ya qoşulmaq üçün rəsmi ərizə təqdim etməyib və təşkilat hazırda bu məsələyə baxmır”– deyə rəsmi nümayəndə “İzvestiya” qəzetinə bildirib.

“Ermənistandan alyansa qoşulmaq üçün rəsmi müraciət olmayıb. Hərbi bloka qoşulmağa can atmayan digər tərəfdaş ölkələrlə uzunmüddətli əməkdaşlığı nəzərə alsaq, bu, bizə görə problem deyil”, – deyə təşkilat rəsmisi bildirib.

NATO nümayəndəsi deyib ki, Alyansın tərəfdaşları blokla münasibətlərinin səviyyəsini özləri müəyyən etməlidirlər.

O eyni zamanda “NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsi” adlandırılan qurumun rəhbəri Günter Felingerin İrəvanı hərbi bloka qoşulmağa çağıran son bəyanatına toxunub: “Cənab Felingerin NATO ilə rəsmi əlaqəsi yoxdur. O, NATO əməkdaşı deyil. Onun fikirləri ona məxsusdur və başçılıq etdiyi təşkilatın adına baxmayaraq bu şəxs alyansın fikirlərini əks etdirmir”- deyə rəsmi nümayəndə izahat verib.

10:36 - 14 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin