Şamaxıda iki qadına kəsici-deşici alətlə xəsarət yetirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Bildirilib ki, sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri - 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub.
Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Babayevanın əri 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.