Uqandada kişi eyni gündə 7 qadınla evləndi

 Uqandada kişi eyni gündə 7 qadınla evləndi

Uqandada ənənəvi müalicə üsullarını tətbiq edən həkim Ssaalongo Nsikonenne Habib Ssezzigu ölkənin Bugereka qəsəbəsində bir gündə 7 qadınla evlənib.

Asayis.Az xəbər verir ki, evləndiyi qadınlar arasında iki bacı olan arvadlarına Ssezziqu toy hədiyyəsi olaraq avtomobil hədiyyə edib.

Çoxlu qonağın iştirak etdiyi toy yerli insanları təəccübləndirib.

Toyda çıxış edən Ssezziqu xanımlarının ona olan bağlılığını yüksək qiymətləndirib və gələcəkdə daha çox qadınla evlənməyi planlaşdırdığını bildirib.

Bildirilib ki, Ssezziqunun babasının 6, atasının isə 5 arvadı olub.

 

10:58 - 13 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin