Surət Hüseynovun məzarı - "Düşmənim çox oldu!" (FOTO)

 Surət Hüseynovun məzarı -

Sentyabrın 10-da Azərbaycanın sabiq Baş naziri, 1993-cü ildə iyun qiyamına başçılıq etmiş Surət Hüseynovun 40 mərasimi keçirilib.

Asayis.Az
 bildirir ki, bu barədə Nemət Pənalı yazıb. O, S.Hüseynovun məzarının fotolarını paylaşıb.

S.Hüseynovun məzarı daşı üstə onun Azərbaycanın Milli Qəhrəmanı olması yazılıb.

Baş daşına epiqraf kimi bu sözlər yazılıb: “Vətənimi, dövlətimi, millətimi, xalqımı çox sevdiyim üçün sevənlərim də, məni qısqanan düşmənlərim də çox oldu!”

Sabiq Baş nazir Surət Hüseynov bu il iyulun 31-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. Mərhumun mədəsində başlayan qanaxma nəticəsində o həyatını itirib.

S.Hüseynovun 1993-cü ilin iyununda Gəncədə qaldırdığı hərbi qiyam nəticəsində AXC hakimiyyəti devrilib. (Azpost.info)

10:36 - 13 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin