Bakıda quldurluq hadisəsi törədilib.
Asayis.Az xəbər verir ki, Binəqədi rayonu Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsində 2 nəfər şəxs K.Əlizadəni qorxudaraq mobil telefonunu əlindən alıblar.
Zaur və Hüsaməddin adlı şəxslər K.Əlizadəyə “Əlini kəsəcəyik”, deyərək hədə-qorxu gəliblər və ona məxsus “İphine 13Pro” markalı bahalı telefonunu əlindən alıblar.
Həyata keçirilmiş tədbirlərlə quldurluqda şübhəli bilinən şəxslərdən Zaur Quliyev saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.