"Yeni il gecəsi anam, üç ay sonra isə bacım Novruz bayramında vəfat etdi. Anamdan sonra iki ay dərin stres yaşadım, çox çətin keçirdim".
Asayis.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Zakir Əliyev "Nanəli" verilişinə müsahibəsində deyib. Sənətçi daha sonra 7 aylıq qızının da dünyasını dəyişdiyini bildirib:
"Bacım dünyasını dəyişəndən sonra təsəlli kimi Allah bizə övlad payı verdi. Uşaq mələk idi. Xəstəxanadan çıxaranda avtomobildə onu qucağıma aldım, inanmadım ki, mənim övladımdır. Ay parçası kimi bir uşaq idi. Onun anadan olması məni stressdən çıxardı, dünyamı dəyişdi. Amma uzun sürmədi. Yeddi ay yaşadı. Uşaq möhkəm soyuqladı, bronxları tutuldu. Bir dəqiqə içində nəfəsi getdi, gəlmədi. Təcili yardım çağırdıq, kömək edə bilmədilər.
Adını Nərgiz qoymuşduq. Həyat yoldaşımla bir qutunun içinə qoyub kəndə apardıq. Qardaşımla birgə böyük övlad kimi dəfn etdik. Bunu Allahın imtahanı hesab edirəm. Şükür Allahın məsləhətinə. Görünür ki, bütün bunları yaşamalı idim".