Putin bu halda nüvə silahından istifadə edə bilər

 Putin bu halda nüvə silahından istifadə edə bilər

Ukraynanın Rusiya sərhədindən yüzlərlə mil məsafədəki hədəfləri vura bilən yeni modifikasiya edilmiş qanadlı raket istehsalı Vladimir Putinin nüvə variantına əl atacağı ilə bağlı qorxuları artırıb. 

Asayis.Az 
Axar.az-a istinadən xəbər verir ki, bunu analitik ukraynalı Alan Mendoza deyib. 

"Çətin ki, Rusiya Ukraynaya və ya onun NATO müttəfiqlərinə sadəcə olaraq “Neptun” raketlərinin istifadəsinə cavab olaraq nüvə hücumu təşkil etsin. Bu, şübhəsiz ki, Putin rejiminin süqutunu sürətləndirəcək Qərbin cavabı deməkdir. Lakin Putin gücünün əldən getdiyini hiss edərsə, ümidsiz addım ata bilər. Bu məqamda ümid etmək olar ki, Rusiya iyerarxiyasında daha ağlabatan qüvvələr işə qarışaraq onu komandanlıqdan uzaqlaşdıracaq", - deyə o bildirib. 

11:12 - 12 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin