Türkiyədə yayımlanan “Kim Milyoner Olmak İster” verilişində yenidən maraqlı anlar yaşanıb.
Asayis.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən həftə verilişə qatılan Rabia Birsen adlı fiziki məhdudiyyətli iştirakçı 1 milyon TL-lik sualı cavablandırıb.
O, "Türkiyədə 81 vilayət adında bu dörd hərfdən hansı digər üç hərfdən azdır?" sualında doğru seçim edərək 63 500 manatı qazanıb. Doğru cavab isə B bəndində yer alan “V” hərfi olub.
Xatırladaq ki, 24 yaşlı Rabia 11 sualı ötən verilişdə doğru cavablandıraraq 12-ci sualı açdırmaq haqqı əldə etmişdi.
Həmin görüntüləri təqdim edirik: