Bayden Vyetnama niyə gedib?

 Bayden Vyetnama niyə gedib?

ABŞ prezidenti Co Bayden Hindistanda keçirilən G20 sammitindən sonra ABŞ-Vyetnam əməkdaşlığını müzakirə etmək üçün Hanoy şəhərinə gedib.

Asayis.Az xəbər verir ki, bu barədə Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

Ekspertlərin ehtimalına görə, Birləşmiş Ştatlar və Çin arasındakı fikir ayrılıqları fonunda Hanoy və Vaşinqton ikitərəfli münasibətlərinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini elan edəcək.//APA

11:12 - 11 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin