Rusiya Ermənistana nota verdi

 Rusiya Ermənistana nota verdi

Rusiya son vaxtlar “dostluqdan kənar” addımlar atdığını əsas gətirərək Ermənistana nota verib.

Asayis.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib.

Açıqlamaya görə, erməni “siyasi elitasının” son vaxtlar Rusiya ilə ikitərəfli münasibətləri əlaqələri şübhə altına alır:

Notada öz əksini tapan məsələlər arasında xüsusilə, Roma Statutunun ratifikasiya prosesinin başlanması, Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və Kiyev rejiminə humanitar yardımın ötürülməsi, habelə ABŞ hərbçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi yer alıb.

Bu səbəblərdən Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Ona sərt təqdimat edilib və etiraz notası çatdırılıb. Notada Ermənistan Milli Assambleyasının prezidenti Alen Simonyanın sentyabrın 6-da Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və bütövlükdə Rusiya Xarici İşlər Nazirliyinə qarşı təhqiramiz ifadələrinin yolverilməzliyi vurğulanıb”.
 

15:15 - 9 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin