Çiçəyin 8160 manatlıq çanta və ayaqqabısını nümayiş etdirdi

 Çiçəyin 8160 manatlıq çanta və ayaqqabısını nümayiş etdirdi
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Çiçək ləqəbli aparıcı Şəhla Vakkasın çantasının qiymətini nümayiş etdirib.

Asayis.Az xəbər verir ki, musiqiçi aparıcının "Louis Vuitton" brendinə məxsus çantasının 3450 dollar (5865 manat) olduğunu vurğulayıb. 

"Mənim klarnetimdən də bahadır" deyə, Hüseyn söyləyib.

Çiçəyin ayağındakı idman tərzi ayaqqabı da sözügedən brenddəndir. İdman ayaqqabısının qiyməti 1350 dollardır (2295 manat). Aparıcı ayaqqabı və çantasına birlikdə 8160 manat ödəyib.

Qeyd edək ki, sözügedən çanta "Louis Vuitton"unun 93 yaşlı məşhur yapon rəssam Yayoi Kusama ilə ortaq hazırladığı məhdud sayda olan kolleksiyasıdır. 

 

14:45 - 9 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin