Zaxarova Ermənistana Ukraynanı XATIRLATDI

 Zaxarova Ermənistana Ukraynanı XATIRLATDI

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda Qərbyönümlü media resurslarının sayının artması ilə bağlı narahatlığını ifadə edib. 

Asayis.Az
 xəbər verir ki, onun sözlərinə görə, anti-Rusiya kampaniyası xaricdən maliyyələşir və Ermənistanda ictimai əhvali-ruhiyyəni dəyişməyə yönəlib.

“Təəssüf ki, Ermənistanda açıq informasiya resursları var ki, bizim ümumi dövlətlərarası qarşılıqlı fəaliyyət mexanizmlərimizə, o cümlədən KTMT və Aİİ-ni tənqid etmir, palçıq atır. Vurğulamaq istərdim ki, bu, “kollektiv Qərb” tərəfindən səxavətlə maliyyələşdirilən çoxsaylı qondarma vasitələrlə təbliğ olunur: QHT-lər, “ekspertlər” və qrantlar”, - Zaxarova deyib.

O, bəyanatını “belə kampaniyanın əsl məqsədi Rusiya ilə Ermənistan arasında uçurum yaratmaq və Rusiyanın beynəlxalq aləmdə təsirini zəiflətməkdir” sözləri ilə yekunlaşdırıb.

Rəsmi nümayəndə bu cür hadisələrə misal olaraq Ukraynadakı vəziyyəti xatırladıb.

16:55 - 8 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin