Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın onun haqqında həqarətlə ”mən katibələrə cavab vermirəm” sözlərinə reaksiya verib.
Asayis.Az xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı müvafiq yazı Zaxarovanın Telegram kanalında yerləşdirilib.
Zaxarova cavabında Simonyanı “səviyyəsiz” adlandırmaqdan çəkinməyib.
“Mən planetin bütün “katibələrinə” səslənirəm. Rəfiqələr! Sizin işiniz hətta ən yüksək səviyyəli müdirin də uğurunun açarıdır. Gündəlik plan tərtib etmək, görüşlər təşkil etmək, sənədlərlə işləmək, zəngləri qəbul etmək kimi sizin gördüyünüz işlər olmasa, müdirlər heç bir şey edə bilməzlər. Bu adamın düşünmədən ağzına gələni deməsinə fikir verməyin...", - deyə Zaxarova bildirib.