Ata qızının xınayaxdısında öldü

 Ata qızının xınayaxdısında öldü

Türkiyədə ata qızının xına gecəsində açılan atəşlə həyatını itirib.

Asayis.Az xəbər verir ki, dəhşətli hadisə ölkənin Samsun vilayətində baş verib.

Məlumata görə, xına gecəsi dağıldıqdan sonra 54 yaşlı kişi dostları ilə spirtli içki içməyə davam edib.

Dostlarından biri gecə saatlarında havaya atəş açmaq istəyərkən yaşlı kişini başından yaralayıb.

Yaralı şəxs hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı istintaq hələ də davam edir.
 

15:40 - 7 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin