Silahlı dava nəticəsində 2 nəfər yaralandı

 Silahlı dava nəticəsində 2 nəfər yaralandı

Türkiyədə naməlum səbəbdən 3 nəfər arasında baş verən silahlı davada biri ağır olmaqla 2 nəfər yaralanıb.

Asayis.Az xəbər verir ki, hadisə gecə saatlarında ölkənin Uşak vilayətində baş verib.

Mübahisə zamanı tərəflər odlu silahdan istifadə edib. Nəticədə 2 nəfər yaralanıb.

Qısa zamanda hadisə yerinə tecili tibbi yardım və polis qrupları göndərilib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Digər şəxsin isə ərazidən qaçdığı öyrənilib.

Araşdırmalar davam etdirilir.
 

15:10 - 7 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin