Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun genişlənməsi üzrə Avropa komitəsinin sədri Günter Felingerin Ermənistanı Alyansa qoşulmasına çağırış edən bəyanatına cavab verərək bunu “böyük fantaziya” adlandırıb.
Asayis.Az xəbər verir ki, bu barədə diplomat TASS-a danışıb.
“Bu, böyük fantaziyalardır. Ermənistan KTMT-nin üzvüdür və biz bu reallığa əsaslanırıq”, - o qeyd edib.
Qruşko vurğulayıb ki, Moskva və İrəvan “hərbi və siyasi əməkdaşlığı gücləndirməkdə davam edəcəklər”:
“Bu bizim müttəfiqimizdir və təhlükəsizlik sahəsində biz bir-birimizə güvənirik. Əminəm ki, bu konstanta bizim ikitərəfli münasibətlərimizdə gələcək illərboyu müəyyənedici olacaq”.
Xatırladaq ki, sentyabrın 4-də Günter Felinger eksdə Ermənistanın NATO-ya qoşulmalı olduğunu bildirib.//Report