“Paşinyan Əliyevə vəd verib, indi də qorxur ki...” - Danielyan

 “Paşinyan Əliyevə vəd verib, indi də qorxur ki...” - Danielyan

“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi vədləri yerinə yetirməkdən qorxur”.

Asayis.Az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

“Paşinyan Əliyevə anklavlarla bağlı vədlər verib, onun ictimaiyyət qarşısında söylədiyi sözlər yadınızdadırmı, dedi ki, anklavlar faciə deyil, yeni yollar çəkilə bilər. Bu bəyanatı ilə mahiyyətcə bu anklavların Azərbaycana qaytarılmalı olduğunu bildirdi. İndi Paşinyan verdiyi vədi yerinə yetirmədiyindən, yəqin məsələni güc yolu ilə həll etmək qərarına gəliblər. İndi Paşinyan bağlı qapılar arxasında verdiyi vədi yerinə yetirməkdən qorxduğuna görə müharibə ilə bundan imtina edir ki, bax, Azərbaycan hücuma keçdi, biz nə edək?”, - ekspert vurğulayıb.//Yenisabah.az

13:10 - 7 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin