Erməni spiker Zaxarovanı “hansısa katibə” adlandırdı

 Erməni spiker Zaxarovanı “hansısa katibə” adlandırdı

“Deməzdim ki, Ermənistanla Rusiya arasında gərginlik artıb, sadəcə olaraq elə bir vəziyyət yaranıb ki, suallar çoxdur, cavab yoxdur. Bu suallardan başlıcası belədir: Rusiya Federasiyası üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, yəni Laçın yolu ilə sərbəst hərəkəti təmin etməyə hazırlaşırmı?”

Asayis.Az
 xəbər verir ki, bunu News.am-a müsahibəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Ermənistan nümayəndələri son vaxtlar Laçın yolundakı vəziyyətlə bağlı “kobudluğa yaxın” ritorikada danışırlar”, deməsinə cavab olaraq, Simonyan bildirib, ki, o, “hansısa idarənin hansısa katibinin sözlərinə şərh vermək fikrində deyil”.//APA

11:49 - 7 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin