Ölkəmizdə animasiya məktəblərinin yaradılması gələcək planlarımıza daxildir.
Asayis.Az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova 6-cı ANİMAFİLM festivalının açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bu baxımdan xarici mütəxəssislərlə əməkdaşlığın vacibliyindən danışıb:
"Bu cür festivallar milli animatorlarla xarici animatorlar arasında rabitənin yaranmasına təkan verəcək".//Report