Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistana səfər edəcəyi gözlənilir.
Asayis.Az xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.
Məlumata görə, səfər sentyabrın 9-10-a nəzərdə tutulur. Makron əvvəl Ermənistana, sonra Azərbaycana səfər edəcək.
Səfər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.