Avropada sığınacaq üçün müraciətlərin sayı ilin birinci yarısında təxminən 28 faiz artıb.
Asayis.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının Sığınacaq üzrə Agentliyinin (EUAA) hesabatında deyilir.
Agentliyin qeyd etdiyi kimi, bu rəqəm, 2015-2016-cı illərdə Avropa miqrasiya böhranından sonra ən yüksək göstəricidir.
Bildirilib ki, müraciətlərin təxminən 41 faizi təmin olunub. Əsas müraciət edənlər Suriya, Əfqanıstan, Venesuela, Türkiyə və Kolumbiya vətəndaşları olub, müraciətlərin 44 faizini onlar təşkil edib.//APA