Deputatdan müharibə anonsu - Heç bir halda güzəşt edilməyəcək

 Deputatdan müharibə anonsu - Heç bir halda güzəşt edilməyəcək

“Azərbaycanın mövqeyi hər zaman beynəlxalq prinsiplərə əsaslanıb. Burada önəmli məqam dövlətin suverenliyi və ərazi bütövlüyüdür. Bunu pozmaq istəyən hər bir qüvvə qanun qarşısında cavabdeh olacaq”.

Asayis.Az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, bu gün Xankəndidəki hərbi cinayətkarlar yenidən müharibə, revanş əhval-ruhiyyəsindədirlər:

“Bu qeyri-qanuni hərbi birləşmələr münaqişəni yenidən canlandırmaq istəyirlər. Azərbaycanın suveren hüquqları var, öz ərazisində söz sahibidir. Beynəlxalq ictimaiyyət bunu unutmamalıdır. Siyasi korrupsionerlərə, Ermənistana və onun havadarlarına bu məsələlərdə heç bir halda güzəşt edilməyəcək”.

10:33 - 5 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin