Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir.
Asayis.Az xəbər verir ki, bu barədə Trend-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
Onun sözlərinə görə, dünəndən etibarən Şuşadakı seysmik stansiyanın quyusunun qazılması işlərinə başlanılıb: “Quyu 100 metr dərinlikdə olacaq. Şuşa şəhəri yaxınlığında quraşdırılan quyudibi seysmik stansiyanın cihaz və avadanlıqları Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Azərbaycan seysmoloqlarına hədiyyəsidir”.