“Qarabağ erməniləri içində vəziyyət Şahramanyanın Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı ilə necə əlaqə quracağından asılıdır. Lakin Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ (separatçı rejim nəzərdə tutulur-red.) arasında koordinasiyalı əlaqələr daha da azalacaq”.
Asayis.Az erməni mediasına istinadən xəbər verir ki, bu sözlər erməni politoloq Qarik Keryan tərəfindən səslənib. Onun sözlərinə görə, Araik Arutyunyan hazırda yaranan problemlərin həllini tapa bilməyib.
“Əlbəttə, həll yolu tapmaq şansı da o qədər yüksək deyildi, çünki burası tanınmamış “respublikadır” və beynəlxalq əlaqələri yoxdur, lakin biz aktiv arayışları da görmədik, Arutyunyan çox tənbəl idi”, - deyə Keryan qeyd edib.
O, Araikin oturaq aksiya keçirmək qərarını təəccüblü və görünməmiş adlandırıb. Erməni ekspertin sözlərinə görə, bunu adətən müxalifət iqtidara təzyiq etmək üçün edir.
“Kulminasiya nöqtəsi Tovmasyanın (qondarma “parlament”in “sədri”) istefası və bu vəzifənin yerli müxalifətə keçməsi oldu”, - deyə o söyləyib.