Türkiyədə terror təşkilatından qaçan 4 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Asayis.Az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, PKK-dan qaçan 4 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Son 90 gündə aparılan razılaşdırma cəhdləri nəticəsində təslim olan terrorçuların sayı 38-ə çatıb.
Həmçinin açıqlamada terror bitənə qədər mübarizənin əzmlə davam edəcəyi vurğulanıb.