Daha 4 terrorçu təslim oldu

 Daha 4 terrorçu təslim oldu

Türkiyədə terror təşkilatından qaçan 4 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Asayis.Az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, PKK-dan qaçan 4 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Son 90 gündə aparılan razılaşdırma cəhdləri nəticəsində təslim olan terrorçuların sayı 38-ə çatıb.

Həmçinin açıqlamada terror bitənə qədər mübarizənin əzmlə davam edəcəyi vurğulanıb.
 

10:22 - 1 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin