Məhkəmə Ülviyyə Alovlu ilə bağlı qərar çıxardı

 Məhkəmə Ülviyyə Alovlu ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Ülviyyə Muradova (Alovlu) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Asayis.Az-ın xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən şikayət təmin edilməyib.

Binəqədi Rayon Məhkəməs onun barəsində bəraətverici hökm çıxarıb. Hökmdən narazı qalan xüsusi ittiham qaydasında şikayət verən yenidən məhkəməyə müraciət edib.

Qeyd: Ülviyyə Muradova barəsində Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb. Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.

Pravda.az

10:00 - 1 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin