Çeçenistan rəhbəri Ramzan Kadırov özünü Rusiya Prezidenti Vladimir Putinə həyatı üçün iki dəfə borclu adlandırıb və onun istənilən əmrini yerinə yetirməyə hər zaman hazır olduğunu bildirib.
Asayis.Az xəbər verir ki, siyasətçi fikirlərini teleqram kanalında paylaşıb.
“Mən Rusiya Ali Baş Komandanının piyadasıyam və özümə aid deyiləm. Mən dinə, vətənə, onun mənafeyinə mənsubam”, - deyə o vurğulayıb.
Kadırov qeyd edib ki, Putinin istənilən əmrini, hətta onun üçün faciəli sonluqla nəticələnsə belə, yerinə yetirməyə hazırdır.
“Qafqazinfo”