TEKNOFEST yenidən Azərbaycanda keçiriləcək.
Asayis.Az "Yeni Şafak"a istinadən xəbər veirr ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin sədri Səlcuq Bayraktar məlumat verib.
“Qarabağdakı qələbədən sonra biz Azərbaycanda böyük TEKNOFEST festivalı keçirdik. Yaxın vaxtlarda bunu təkrarlamağı planlaşdırırıq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə bu gün paytaxt Ankarada TEKNOFEST keçirilir.