Azərbaycanlı bloger Leyla Mirzəliyeva etdirdiyi çoxsaylı plastik əməliyyatların fəsadları ilə üzləşib.
Asayis.Az xəbər verir ki, bu barədə o öz “Instagram” profilində paylaşım edib.
O, etdirdiyi dolğu və silikonlar nəticəsində bədəninin çürüdüyünü deyib.
“Ağrılarım var, artıq dözə bilmirəm. Dolğulardan bədənim çürüyür. Heç bir həkim də kömək edə bilmir. Əməliyyat olunmalıyam. Sağ qalma şansım 10 faizdir. Xahiş edirəm dua edin, kimin haqqına girmişəmsə, haqqınızı halal edin”.