"Yaxın gələcəkdə yeniliklərin şahidi olacağıq" - Hərbi ekspert

Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak Azərbaycanda səfərdədirlər.

Asayis.Az xəbər verir ki, hərbi ekspert Telman Qasımov Demokrat.az-a açıqlamasında iki ölkə arasında hərbi əməkdaşlığın gələcək perspektivlərindən danışıb:

“İki ölkənin müdafiə nazirləri arasında hərbi-texniki məsələlər, yeni müdafiə texnikaları, hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Hərb sahəsində mütəxəssislərin yetişməsi üçün kadrların Türkiyədə təhsil almağa göndərilməsi və biliklərinin təkmilləşdirilməsi prosesi davam edir, iki ölkə hərbçilərinin birgə təlimləri keçirilir”. 

Ekspert qeyd edib ki, görüşlərdə siyasi və regional məsələlərin də müzakirəsinə yer ayrılıb: 


“Məlumdur ki, qardaş Türkiyənin Cənubi Qafqazda mövqeyi güclənməkdədir. 44 günlük müharibədə Türkiyə bizim hərtərəfli ən böyük dəstəkçimiz oldu.  Şuşa bəyannaməsində hərbi və strateji məsələlərlə bağlı müttəfiqlik öz əksini tapıb ki, bu da adıçəkilən sahələrdə əməkdaşlıq üçün uğurlu perspektivlər vəd edir. Düşünürəm ki, iki ölkənin hərbi qurumları arasında səmərəli birgə fəaliyyət davamlı həyata keçiriləcək və yaxın gələcəkdə yeniliklərin şahidi olacağıq”.

12:24 - 30 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin