Səfərbərlikdən yayınan soydaşlarımız Rusiyadan deportasiya OLUNACAQ?

 Səfərbərlikdən yayınan soydaşlarımız Rusiyadan deportasiya OLUNACAQ?

Rusiya mətbuatının yazdığına görə, gələn həftə Rusiya Dövlət Dumasına səfərbərlikdən yayınan gəlmələrin, o cümlədən onların ailə üzvlərinin vətəndaşlıqdan çıxarılması və ölkədən deport edilməsini nəzərdə tutan qanun layihəsi göndəriləcək. 

Bildiyimiz kimi, Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Onların sayının 700 min-1 milyon nəfər arasında olduğu bildirilir. 

Belə bir qanunun qəbulu Rusiyada yaşayan soydaşlarımıza necə təsir edə bilər? Bu fonda onların kütləvi deportasiyasını gözləmək olarmı?

Bizim.Media-ya açıqlamasında “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirir ki, keçən il Rusiya vətəndaşlığını qəbul edən əcnəbilərin sayı 691 min olub ki, onların da çoxu hərbi uçota alınmaqdan yayınıb:
 
“Rusiya həqiqətən də vətəndaşlıq institutu ilə bağlı ciddi yeniliklər baş verməkdədir. Aprelin 28-də Rusiya Federasiyası vətəndaşlığı haqqında” qanun imzalandı. Bu qanundan irəli gələrək, cari ilin oktyabrından vətəndaşlıq haqqında qanunla bağlı iri miqyaslı dəyişikliklər baş verəcək. Səfərbərlikdən yayınan şəxslərin vətəndaşlıqdan çıxarılmasını özündə ehtiva edən qanun layihəsi də Dumaya təqdim olunub. 

Rusiya vətəndaşlığını qəbul etmək istəyən MDB ölkələrinin sakinləri hər il kifayət qədər çox olur. 2022-ci ildə 691 min nəfər əcnəbi Rusiya vətəndaşlığı alıb. Onlar da əsasən Orta Asiya ölkələri, Azərbaycan və Ermənistandan gələnlərdir. 23 698 Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib. Yeni dəyişikliyə görə, onlar Azərbaycan vətəndaşlığını da saxlaya bilərlər. 

2023-cü ilin ilk altı ayında 7457 nəfər soydaşımız barədə belə bir qərara verilib.

Müəyyən olunub ki, 2022-ci ildə vətəndaşlığa qəbul edilən 691 min nəfərin mütləq əksəriyyəti hərbi uçota götürülməkdən imtina ediblər. Qanun layihəsinə görə də belələri və onların ailə üzvləri vətəndaşlıqdan çıxarılmalıdır. Bu halda da həmin insanların iş yerlərini itirməsi ehtimalı yüksəkdir. Deməli, hərbi uçota durmayan soydaşlarımız Rusiya vətəndaşlığını itirəcəklər və onlarla bağlı sərt qərarlar veriləcək”. 

Amma bununla belə, həmsöhbətimizə görə, onlar əcnəbi olaraq ölkə ərazisində qalmaq imkanı qazanırlar:

“Hərbi uçotda olan soydaşlarımız isə hərbi xidmətə çağırıla bilərlər. İstənilən halda hərbi uçota dayanmayanların heç də hamısı Rusiyanı tərk etməyəcək. Bəziləri Vətənə qayıdıb, Azərbaycan vətəndaşlığını bərpa etmək barədə düşünəcək. Belədə, deportasiya məsələləri gündəmdə saxlanıla bilər. Miqrantların kompakt yaşadığı yerlərdə zaman-zaman reydlərin keçirildiyi də bildirilir. Reydlər zamanı hərbi mükəlləfiyətə yararlı vətəndaşlığı alan miqrantların üzərinə öhdəliklər qoyulur”. 

11:45 - 30 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin