Putin hansı ölkələrə qaça bilər?

 Putin hansı ölkələrə qaça bilər?

“Rusiya diktatoru Vladimir Putin xaricə getməyə hazırlaşırdı, lakin indi onun səfərləri açıqlanmayacaq, çünki o, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilib”.

Moderator.az xəbər verir ki, bu sözləri politoloq İqor Eydman Ukraynanın “Kanal 24” kanalına şərhində deyib.

Rusiyalı təbliğatçılar diktator Putinin xarici səfərlər planlaşdırdığını bildiriblər. Politoloq hesab edir ki, burada yəqin ki, Belarusa səfərlərdən söhbət gedir.

"Bu iki kloun bir-birini əyləndirir. Onlar inanılmaz tezliklə görüşürlər. Düşünürəm ki, Lukaşenko Putinlə öz yüksək vəzifəli məmurlarından daha tez-tez görüşür", - İqor Eydman hesab edir.

Həmçinin, politoloqun fikrincə, diktator Rusiya Federasiyasının protektoratı altında olan Mərkəzi Asiya ölkələrinə də gedə bilər. Bir də istisna Putinin Çinə səfəri ola bilər.

Xatırladaq ki, Putin Hindistanda keçiriləcək “G20” sammitinə getməkdən imtina edib.

16:57 - 29 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin