Hindistanın Uttar Pradeş ştatında müəllimin 7 yaşlı müsəlman şagirdi alçaltmasından sonra istintaq başladılıb.
Asayis.Az xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, istintaq çərçivəsində məktəbin müvəqqəti bağlanmasına qərar verilib.
Bağlanan məktəbin şagirdləri dövlət məktəblərinə və ya yaxınlıqdakı digər məktəblərə köçürüləcək.
Xatırladaq ki, avqustun 24-də sözügedən məktəbdə Tripta Tyaqi adlı müəllimə 7 yaşlı müsəlman uşağı dininə görə alçaldıb və azyaşlıya şiddət göstərilib.