Uğurlu insanlar daşınmaz əmlaka, dəbdəbəli çantalara və bahalı səyahətlərə milyonlar xərcləyirlər. Son illərdə milyaderlərin sayı artdığı kimi, ona paralel olaraq təyyarə sahiblərinin də sayı çoxalır. Qeyd edək ki, istənilən şəxsi təyyarə almaq milyonlarla dollara başa gəlir. Təyyarə sahibi olmaq və onu işlək vəziyyətdə saxlamaq əlavə milyonlar tələb edir.
Asayis.Az Konkret.az-a istinadən xəbər verir ki, “TravelRambler” dünyanın ən bahalı şəxsi təyyarələrinin sahibləri ilə bağlı araşdırma aparıb.
Roman Abramoviç – 350 milyon dollar
Rusiyalı milyarder Roman Abramoviç Sovet İttifaqının dağılmasından sonra sərvətini neft, polad və mədənçıxarma şirkətlərinə yatırmaqla qazanıb. Onun şəxsi təyyarələr kolleksiyasına sahib olduğu bildirilir. Onlardan ən bahalısı 350 milyon dollarlıq “Boeing 787 Dreamliner”dir. Bu təyyarənin geniş yataq otağı, bir neçə vanna otağı və işgüzar naharların keçirilə biləcəyi mətbəxi olduğu deyilir.
Abramoviçin əvvəlki təyyarəsində raket əleyhinə sistem və onun təhlükəsizlik işçiləri üçün otaqlar olub. Çox güman ki, sonuncu “Boeing”də bütün bu imkanlar var. Düzdür, indi rusiyalı milyarder uçuşdan həzz ala bilmir, çünki təyyarə ABŞ hökuməti tərəfindən sanksiyaların bir hissəsi kimi müsadirə edilib.
Dreyk – 185 milyon dollar
Kanadalı reper Dreykin şəxsi “Boeing 767″nin qiyməti 185 milyon dollardır və adətən bir neçə yüz sərnişini qəbul edə bilir. Təyyarədə adi salon əvəzinə dəri stullar, mətbəx və bir neçə vanna otağı var.
Bununla belə, Dreykin təyyarəsi təkcə baha başa gəldiyi üçün deyil, həm də reperin ondan istifadə etdiyi qısa uçuşlar səbəbindən mediada məşhurlaşıb. Məlum olub ki, o, həddən artıq israfçıdır. Belə ki, reper “Boeing”dən 14 dəqiqəlik uçuşlar üçün də istifadə edir.
Kim Kardaşyan – 150 milyon dollar
Erməni əsilli pornoulduz Kim Kardaşyan şəxsi təyyarəsinə 150 milyon dollar xərcləyib.