Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva şəxsi həyatı ilə bağlı açıqlama verib.
Asayis.Az xəbər verir ki, sosial şəbəkə hesabında izləyicisindən gələn “Aynişandan yaxın zamanda eşq gözləyək?” sualına bloqerin verdiyi cavab diqqət çəkib.
“Aynişandan bol-bol iş gözləyin. Eşq gözləməklə deyil. Amma iş nə qədər çox çalışıb, istəsən bir o qədər artar. Hər gün işimin olduğuna şükür edirəm”, - deyə A. Quliyeva bildirib.
Qeyd edək ki, Aynişan Quliyeva 2020-ci ilin fevralın birində fitness məşqçisi Kənan Əliyevlə ailə həyatı qurub. Həmin il dekabrın 7-də isə cütlük rəsmi olaraq boşandıqlarını açıqlamışdı.
Bizim.Media