Cinsiyyət dəyişdirmə əməliyyatlarında ŞOK RƏQƏMLƏR!

 Cinsiyyət dəyişdirmə əməliyyatlarında ŞOK RƏQƏMLƏR!

ABŞ-da 2016-2019-cu illər arasındakı məlumatları araşdıran mütəxəssislər cinsiyyət dəyişdirmə əməliyyatlarında ciddi artım olduğunu aşkar ediblər.

Publika.az xəbər verir ki, ABŞ alimləri "JAMA Network Open" tərəfindən dərc edilən yeni hesabatları araşdırdıqdan sonra bu nəticəyə gəliblər. Müayinələr nəticəsində ABŞ-da 2016-2019-cu illər arasında cinsiyyət dəyişdirmə əməliyyatlarında böyük artım olduğu müəyyən edilib. Məlumatları araşdıran elm adamları 2016-cı ildə ABŞ-da təxminən 4550 cinsiyyət dəyişdirmə əməliyyatı edildiyini, lakin 2019-cu ildə bu rəqəmin 13 minə yüksəldiyini açıqlayıb. Mütəxəssislər onu da etiraf edib ki, əməliyyatların faktiki sayı göstərilən rəqəmlərdən çoxdur.

“The New York Times” həmçinin xatırladıb ki, respublikaçıların nəzarətində olan onlarla ştatda yetkinlik yaşına çatmayanlarda bu cərrahiyyə əməliyyatının aparılması qadağan edilib və məhdudlaşdırılıb.

Alimlər cərrahiyyə növlərini də siniflərə ayırıblar. 2016-2020-ci illər arasında 48 min xəstənin əməliyyat olunduğunu, onların əksəriyyətinin döşlərin amputasiyası ilə bağlı olduğu açıqlanıb. Bildirilib ki, cərrahiyyə əməliyyatlarının 16872-si cinsiyyət orqanlarında, 6669-u isə üz və estetik əməliyyatlar olub.

Cinsiyyət dəyişdirmə əməliyyatı keçirənlərin təxminən 50 faizinin 19-30, 22 faizinin isə 31-40 yaş arasında olduğu qeyd edilib. 12-18 yaş arasında cinsiyyətini dəyişənlərin nisbəti 8 faizdir.

Mütəxəssislər 2019-cu ildən sonra COVİD-19-un təsiri ilə əlaqədar olaraq bu cür əməliyyatların azaldığını açıqlayıb.

16:32 - 28 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin