“Priqojinin Putinin göstərişi ilə öldürüldüyü barədə deyilənlər yalandır” - Peskov

 “Priqojinin Putinin göstərişi ilə öldürüldüyü barədə deyilənlər yalandır” - Peskov

Xəbər verdiyimiz kimi, Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin Moskva yaxınlığında qəza nəticəsində ölsə də onun qəsdən öldürüldüyü ehtimal edilir. 

Asayis.Az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə iddiaları təkzib edib.

O bildirib ki, təyyarə qəzası ilə bağlı iddialar tamamilə yalandır.

"Rəsmi araşdırmalar davam etdirilir. Qərb siyasətçiləri və şərhçilərinin Priqojinin Moskvanın göstərişi ilə öldürülməsi ilə bağlı iddiaları  tamamilə yalandan ibarətdir".

10:44 - 26 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin